Bank Of Baku

WTI markalı neft ucuzlaşıb

WTI markalı neft ucuzlaşıb
# 07 dekabr 2009 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,76 dollar və ya 1% azalaraq 1 barelə görə 75,68 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 4-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 77,90 dollar təşkil edib.

WTI markalı neftin ucuzlaşması ilk növbədə dolların möhkəmlənməsi ilə bağlı olub. Belə ki, dekabrın 4-də dolların avroya qarşı məzənnəsi 1,2% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR