Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq isə 1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq isə 1% yüksəlib
# 07 dekabr 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 388 bəndədək, S&P 500 0,5% - 1 106 bəndədək, Nasdaq isə 1% - 2 194 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-da məşğulluq barədə məlumatlar fond bazarına müsbət təsir edib. Belə ki, ölkənin qeyri-aqrar sektorunda çalışanların sayı 11 min nəfər azalıb ki, bu da analitiklərin proqnozlarından (130 min nəfər) nəzərəçarpan dərəcədə müsbət göstərici olub. Bundan başqa, istehsal sifarişlərinin həcmi oktyabr ayında 0,6% artıb ki, bu göstərici də proqnozlardan daha müsbət olub.

Avropa fond bazarlarında dekabrın 4-də FTSE 100 indeksi 0,2% - 5 322 bəndədək, Fransa CAC-0-ı 1,3% - 3 847 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5 818 bəndədək yüksəlib. Avropa fond indekslərinin yüksəlməsi də ABŞ-ın makroiqtisadi göstəricilərinin müsbət olması səbəbindən baş verib.

Dekabrın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 4% azalaraq 1 168,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4882 (-1,16%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR