Bank Of Baku

Neftin ucuzlaşması davam edib

Neftin ucuzlaşması davam edib
# 08 dekabr 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,54 dollar və ya 2% azalaraq 1 barelə görə 73,93 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 7-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,09 dollar azalaraq 76,43 dollar təşkil edib.

Neftin ucuzlaşmasını Səudiyyə Ərəbistanının neft və təbii resurslar naziri Əli ən-Nueyminin OPEC tərəfindən dekabrın 22-də keçiriləcək iclasında neftin hasilatı üzrə kvotaların dəyişməz saxlanması barədə bəyanatının neft bazarına təsiri ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR