Bank Of Baku

Bu gün MBKB-nın kredit bölməsində əqd bağlanılmayıb

Bu gün MBKB-nın kredit bölməsində əqd bağlanılmayıb
# 08 dekabr 2009 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Mütəşəkkil Banklararası Kredit Bazarının (MBKB) seqmenti olan Təminatlı Pul Bazarında (TPB) keçirilmiş hərracların yekunlarına görə market-meykerlər tərəfindən verilmiş sifarişlərin ümumi məbləği tələb üzrə 1 mln. manat, təklif üzrə isə 11 mln. manat təşkil edib.

Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata görə, təklif üzrə sifarişlər 1-dən 30 günədək müddətə verilib, minimal faiz dərəcəsi 0,9%, maksimal faiz dərəcəsi isə 16%-ə bərabər olub.

Cəlbetmə və yerləşdirmə üzrə faiz dərəcələrinin uyğun gəlməməsinə görə Təminatlı Pul Bazarında heç bir əqd bağlanılmayıb.

Qeyd edək ki, Təminatlı Pul Bazarı MBKB-da pul bazarının yeni seqmentididir və 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı(AMB), BBVB və bir sıra market-meyker («Dəmirbank», «AGBank», «Bank Nikoil», «Standard Bank», «Paşabank», «Unibank» və «Bank of Baku») tərəfindən imzalanmış saziş əsasında fəaliyyət göstərir. AMB pul bazarının bu seqmentində öhdəliklərin icra olunmasının təminatçısı rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR