Bank Of Baku

AGBI indeksi 0,9674, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9674, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 09 dekabr 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0327 bənd və ya 3,27% azalaraq 2009-cu ilin dekabr ayının 9-na 0,9674 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Dekabrın 8-də məcmu 10 mln. manat olan iki dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və 5,8 mln. manatlıq bir emissiya yerləşdirilib ki, nəticədə baş vermiş bazar kapitallaşmasının azalmasına görə AGBI indeksi azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR