Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq isə 0,7% enib

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq isə 0,7% enib
# 09 dekabr 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 286 bəndədək, S&P 500 1% - 1 092 bəndədək, Nasdaq isə 0,7% - 2 173 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, Yunanıstanın kredit reytinqinin azalması, Böyük Britaniya və ABŞ-ın dövlət borcu və büdcə kəsirinin yüksək olması ilə bağlı təhlükələr, Dubayın bir sıra iri şirkətlərinin reytinqlərinin azalması barədə xəbərlər bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb.

Avropa fond bazarlarında dekabrın 8-də FTSE 100 indeksi 1,7% - 5 223 bəndədək, Fransa CAC-0-ı 1,4% - 3 785 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5 689 bəndədək enib. Avropa fond bazarlarında HSBC-nin səhmləri 2,5%, “Barclays”ın səhmləri 3,2%, “BNP Paribas”ın səhmləri 1,6%, “Credit Agricole”un səhmləri 3% “Banco Santander”in səhmləri 2,3%, “Credit Suisse”in səhmləri 3,7%, BP-nin səhmləri 1,1%, “Royal Dutch Shell”in səhmləri 1,5%, “BG Group”un səhmləri 2%, “Total”ın səhmləri 1,4%, “Repsol”un səhmləri 1,5%, “ENI”nin səhmləri 1,9% ucuzlaşıb.

Dekabrın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% azalaraq 1 142,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4720 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR