Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb
# 09 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104821S seriyalı, ümumi həcmi 4 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi məbləği 3 567 200 manat təşkil edib. Sifariş 99,9226% (gəlirlik 1,00%) qiymətində təqdim edilib.

Hərrac 2 nəfərdən az investorun iştirakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən emitent tərəfindən baş tutmamış hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR