Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,4545 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,4545 təşkil edib
# 10 dekabr 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0327 bənd və ya 3,38% artaraq 2009-cu ilin dekabr ayının 10-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,5455 bənd və ya 54,55% azalaraq 0,4545 təşkil edib.

Dekabrın 9-da 3 mln. manat həcmində bir notlar buraxılışı dövriyyədən çıxarılıb və həmin gün keçirilmiş notlar üzrə hərrac baş tutmayıb. Nəticədə yaranmış bazar kapitallaşmasının azalması ACBDI indeksin azalmasında öz əksini tapıb.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR