Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq isə 0,5% yüksəlib
# 10 dekabr 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 337 bəndədək, S&P 500 0,4% - 1 096 bəndədək, Nasdaq isə 0,5% - 2 184 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsinə əsas səbəb kimi bir sıra iri şirkətlərin reytinqləri barədə müsbət proqnozlar və müsbət makroiqtisadi göstəriciləri haqda məlumatlar qeyd oluna bilər. Məsələn, məlum olub ki, ABŞ-da mal ehtiyatları oktyabr ayında artıb ki, təmin edilmiş tələbatın artmaması fonunda bu amil istehsalın artımı kimi qiymətləndirilir.

Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 0,4% - 5 204 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 757 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 648 bəndədək enib. Avropa fond bazarlarına təsir edən əsas amil “Standard&Poors” beynəlxalq reytinq agentliyinin İspaniyanın reytinqini aşağı salması olub.

Dekabrın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 2% azalaraq 1 120,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4739 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR