Bank Of Baku

Neftin qiyməti 70 dollara enib

Neftin qiyməti 70 dollara enib
# 11 dekabr 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,2% azalaraq 1 barelə görə 70,54 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 10-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,53 dollar azalaraq 71,86 dollar təşkil edib.

Beləliklə, neftin ucuzlaşması ardıcıl olaraq 8-ci ticarət günündə də davam edib. Ucuzlaşmanın əsas səbəbi neft bazarının iştirakçıları arasında dünyada neftə tələbatın yaxın zamanda artmaması barədə ehtimallardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR