Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq isə 0,3% yüksəlib
# 11 dekabr 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 406 bəndədək, S&P 500 0,5% - 1 102 bəndədək, Nasdaq isə 0,3% - 2 191 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına ölkənin ticarət balansının kəsirinin azalması barədə məlumatlar müsbət təsir edib. Belə ki, oktyabr ayında ticarət balansının kəsiri 32,94 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ayın göstəricisindən 3,53 mlrd. dollar, proqnozlardan isə 3,86 mlrd. dollar az olub. Bundan başqa, ABŞ-ın dövlət büdcəsinin kəsiri noyabr ayında 120,29 mlrd. dollara bərabər olub. Halbuki bu göstərici 135 mlrd. dollar səviyyəsində proqnozlaşdırılıbmış. Bu xəbər də bazara müsbət təsir göstərib.

Avropa fond bazarlarında dekabrın 10-da FTSE 100 indeksi 0,8% - 5 244 bəndədək, Fransa CAC-0-ı 1,1% - 3 798 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5 709 bəndədək yüksəlib. Avropa fond bazarları əsasən Yunanıstanla bağlı xəbərlərin təsiri altında olub ki, reytinqi azaldılan Yunanıstanın defolt elan edilməsinin mümkün olmayacağı barədə bəyanatlar kotirovkaların yüksəlməsinə səbəb olub.

Dekabrın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 125,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4721 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR