Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 14 dekabr 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,67 dollar və ya 0,9% azalaraq 1 barelə görə 69,87 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, dekabrın 11-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 71,88 dollar təşkil edib.

Neftin bu dinamikasının bir neçə səbəbi olub. Bunların sırasında dolların avroya qarşı möhkəmlənməsi, ABŞ-da yanacağa tələbatın aşağı olması və Səudiyyə Ərəbistanında neft hasilatının artırılması barədə yayılan məlumatlar var. Qeyd edək ki, WTI markalı neftin ucuzlaşması ardıcıl 8 gün davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR