Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq isə 0,01% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq isə 0,01% enib
# 14 dekabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 472 bəndədək, S&P 500 0,3% - 1 106 bəndədək yüksəlib, Nasdaq isə 0,01% - 2 190 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın əsas fond indekslərinin dinamikasına makroiqtisadi statistika təsir edib. Belə ki, noyabr ayında pərakəndə satışın həcmi 1,3% (proqnoz – 0,9%-lik artım), istehsal ehtiyatlarının həcmi 0,2% (proqnoz – 0,2% azalma), istehlak etimadı indeksi 67,4 bənddən 73,4 bəndədək (proqnoz – 68,5 bənd) artıb.

Avropa fond bazarlarında dekabrın 11-də FTSE 100 indeksi 0,3% - 5 262 bəndədək, Fransa CAC-0-ı 0,1% - 3 804 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5 756 bəndədək yüksəlib. Avropa fond bazarları da kotirovkaların yüksəlməsi ilə ABŞ-ın müsbət makroiqtisadi göstəricilərinə «münasibətini» nümayiş etdirib.

Dekabrın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 119,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4638 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR