Bank Of Baku

Bu gün MBKB-nin kredit bölməsində əqd bağlanılmayıb

Bu gün MBKB-nin kredit bölməsində əqd bağlanılmayıb
# 14 dekabr 2009 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Mütəşəkkil Banklararası Kredit Bazarının (MBKB) seqmenti olan Təminatlı Pul Bazarında keçirilmiş hərracın yekunlarına görə, market-meykerlər tərəfindən verilmiş sifarışlərin ümumi məbləği tələb üzrə 2 mln. manat, təklif üzrə isə 6 mln. manat təşkil edib.

Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata görə, təklif üzrə sifarişlər 3-30 gün müddətinə verilib, minimal faiz dərəcəsi 3%-ə, maksimal faiz dərəcəsi isə 16%-ə bərabər olub.

Cəlbetmə və yerləşdirmə üzrə faiz dərəcələrinin uyğun gəlməməsinə görə Təminatlı Pul Bazarında heç bir əqd bağlanılmayıb.

Qeyd edək ki, Təminatlı Pul Bazarı MBKB-da pul bazarının yeni seqmentidir və 2009-cu ilin oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB), BBVB və bir sıra market-meyker («Dəmirbank», «Standard Bank», «Paşa Bank», «AGBank», «Bank Nikoil», «Unibank» və «Bank of Baku») tərəfindən imzalanmış saziş əsasında fəaliyyət göstərir. AMB pul bazarının bu seqmentində öhdəliklərin icra olunmasının təminatçısı rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR