Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,7%, Nasdaq isə 1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,7%, Nasdaq isə 1% yüksəlib
# 15 dekabr 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 501 bəndədək, S&P 500 0,7% - 1 114 bəndədək, Nasdaq isə 1% - 2 212 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Abu-Dabi Əmirliyi tərəfindən Dubay Əmirliyinə 10 mlrd. dollar miqdarında maliyyə dəstəyinin göstərilməsi barədə məlumat və dünyanın ən iri neft şirkəti olan «ExxonMobil»in ABŞ-ın «XTO Energy» şirkəti ilə birləşməsi barədə məlumat fond bazarına müsbət təsir edib.

Avropa fond bazarlarında dekabrın 14-də FTSE 100 indeksi 1% - 5 315 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 830 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5 802 bəndədək yüksəlib. Avropa fond bazarında «Standard Chartered»in səhmləri 4,3%, HSBC-nin səhmləri 2,4%, «Royal Bank of Scotland»ın səhmləri 1,4%, «BNP Paribas»ın səhmləri 1%, «Societe Generale»in səhmləri 1,1%, «Credit Agricole»in səhmləri 1%, «Deutsche Bank»ın səhmləri 3,4%, BP-nin səhmləri 1%, «Royal Dutch Shell»in səhmləri 0,9%, «BG Group»un səhmləri 1,6%, «Tullow Oil»un səhmləri 3,2%, «Repsol»un səhmləri 1,1%, «Total»in səhmləri 0,6%, «StatoilHydro»nun səhmləri 1,6% bahalaşıb.

Dekabrın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 123,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4650 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR