Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq isə 0,5% enib
# 16 dekabr 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 452 bəndədək, S&P 500 0,5% - 1 108 bəndədək, Nasdaq isə 0,5% - 2 201 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərinin enməsi ilk növbədə inflyasiya ilə bağlı olan məlumatların açıqlanması nəticəsində baş verib. Belə ki, istehsalçılar qiymətlərin noyabr ayında 1,8% artıb ki, bu da proqnozlaşdırılan göstəricidən 1 faiz bəndi çox olub. İstehsal inflyasiyasının bu səviyyəyə qalxması bir tərəfdən buraxılan məhsula tələbatın artmasını, digər tərəfdən isə çoxdan proqnozlaşdırılan inflyasiya təzyiqinin yaranmasını göstərir.

Avropa fond bazarlarında dekabrın 15-də FTSE 100 indeksi 0,6% - 5 286 bəndədək enib, Fransa CAC-0-ı 0,1% - 3 834 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 811 bəndədək yüksəlib. Avropa fond bazarında kotirovkaların dinamikası korporativ xəbərlərlə bağlı olub.

Dekabrın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,07% azalaraq 1 122,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4590 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR