Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 2,5986 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 2,5986 təşkil edib
# 17 dekabr 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin dekabr ayının 17-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 1,5986 bənd və ya 2,6 dəfə artaraq 2,5986 təşkil edib.

Dekabrın 16-da 4 mln. manat həcmində not yerləşdirilib ki, nəticədə not bazarının kapitallaşması 2,5 mln. manatdan 6,5 mln. manatadək artıb və bu, ACBDI indeksinin kəskin artmasına səbəb olub.

AGBI indeksinin dəyişməməsi dövlət istiqrazları üzrə ilkin bazarda dekabrın 15-də heç bir əməliyyatın aparılmaması səbəbindən müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR