Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq isə 0,3% yüksəlib
# 17 dekabr 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 441 bəndədək enib, S&P 500 0,1% - 1 109 bəndədək, Nasdaq isə 0,3% - 2 207 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, dekabrın 16-da keçirilmiş iclasında Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin əvvəlki səviyyədə (0-0,25% diapazonu) saxlanılması barədə məlumatlar investorlar tərəfindən birmənalı qarşılanmayıb. FES-in bu qərarı ABŞ-da yumşaq pul-kredit siyasətinin davam etdiriləcəyini göstərir.

Avropa fond bazarlarında dekabrın 16-da FTSE 100 indeksi 0,7% - 5 320 bəndədək, Fransa CAC-0-ı 1,1% - 3 876 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 5 903 bəndədək yüksəlib. Avropa fond bazarında kotirovkaların dinamikasına əsasən analitiklərin şirkətlər və onların qiymətli kağızları barədə tövsiyələri təsir edib.

Dekabrın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 133,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4475 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR