Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 18 dekabr 2009 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin dekabr ayının 18-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 1,5986 bənd və ya 2,6 dəfə azalaraq 1,0000 təşkil edib.

ACBDI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib. AGBI indeksinin dəyişməməsi dövlət istiqrazları üzrə ilkin bazarda dekabrın 17-də heç bir əməliyyatın aparılmaması səbəbindən müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR