Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq isə 1,2% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq isə 1,2% enib
# 18 dekabr 2009 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10 308 bəndədək, S&P 500 1,2% - 1 096 bəndədək, Nasdaq isə 1,2% - 2 180 bəndədək enib. «APA-Economics»in məlumatına görə, dekabrın 17-də müşahidə olunmuş dolların avroya qarşı möhkəmlənməsi fond bazarında kütləvi satış dalğası yaradıb ki, nəticədə kotirovkaların enməsi baş verib.

Avropa fond bazarlarında dekabrın 17-də FTSE 100 indeksi 1,9% - 5 218 bəndədək, Fransa CAC-0-ı 1,2% - 3 831 bəndədək, Almaniya DAX-ı isə 1% - 5 844 bəndədək enib. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən Yunanıstanın suveren reytinqinin aşağı salınması barədə məlumatdan sonra Avropa fond bazarlarında enmə tendensiyası yaranıb.

Dekabrın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,4% azalaraq 1 106,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4352 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR