Bank Of Baku

Bu gün BFB-da 10109022S seriyalı 4 471,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10109022S seriyalı 4 471,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 18 dekabr 2009 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10109022S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 4 471,6 min manat təşkil edib. Sifarişlər 99,94% (gəlirlik 0,68%) qiymətdə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,94% (gəlirlik 0,68%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 471,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin yanvarın 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR