Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq isə 1,4% yüksəlib
# 21 dekabr 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 331 bəndədək, S&P 500 0,6% - 1 102 bəndədək, Nasdaq isə 1,4% - 2 212 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, dekabrın 18-də ABŞ-ın əsas fond indekslərin yüksəlməsinə bir sıra iri şirkətin müsbət hesabatları təsir edib. Bu səbəbdən də bazarda kotirovkaların yüksək dəyişkənliyi müşahidə olunub.

Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 0,4% - 5 197 bəndədək, Fransa CAC-0-ı 1% - 3 794 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 831 bəndədək enib.

Maraqlıdır ki, Avropa Mərkəzi Bankının 2010-cu ilin sonuna kimi 187 mlrd. avro həcmində bank aktivlərinin silməsi barədə məlumatlar bazarda yüksəlmə tendensiyası əvəzinə kotirovkaların enməsinə səbəb olub.

Dekabrın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 110,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4352 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR