Bank Of Baku

AGBI indeksi 1,0247, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0247, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 21 dekabr 2009 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0246 bənd və ya 2,5% artaraq 2009-cu ilin dekabr ayının 21-nə 1,0247 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

AGBI indeksinin artması dekabrın 18-də 4,5 mln. manat həcmində bir DQİ emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.

ACBDI indeksinin dəyişməməsi notlar üzrə ilkin bazarda dekabrın 18-də heç bir əməliyyatın aparılmaması səbəbindən müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR