Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 1,2% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 1,2% yüksəlib
# 22 dekabr 2009 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 10 414 bəndədək, S&P 500 1% - 1 1142 bəndədək, Nasdaq isə 1,2% - 2 238 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bir sıra iri birləşmələr, «İntel» və «Alcoa» şirkətlərinin qiymətli kağızlarının reytinqlərinin yüksəldilməsi, ölkənin səhiyyə sistemində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsinin Senat tərəfindən qəbul edilməsi kimi amillər dekabrın 21-də ABŞ-ın əsas fond indekslərinin yüksəlməsinə səbəb olub.

Avropa fond bazarlarında dekabrın 21-də FTSE 100 indeksi 1,9% - 5 294 bəndədək, Fransa CAC-0-ı 2,1% - 3 872 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5 931 bəndədək yüksəlib. Avropa bazarlarında BP-nin 1,7%, «Royal Dutch Shell»in səhmləri 1,9%, «Repsol»un səhmləri 1,6%, «ENI»nin səhmləri 2,7%, «Total»in səhmləri 2,4%, «StatoilHydro»nun səhmləri 0,5%, «BNP Paribas»ın səhmləri 2,7%, «Banco Santander»in səhmləri 1,2%, «Barclays»ın və HSBC-nin səhmləri 3,3%, «Societe Generale»in səhmləri 2,8%, «Standard Chartered»in səhmləri 3,3% bahalaşıb.

Dekabrın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 096 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4296 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR