Bank Of Baku

Bu həftə Azərbaycan fond bazarına dövlət ipoteka istiqrazlarının növbəti tranşı çıxarılacaq

Bu həftə Azərbaycan fond bazarına dövlət ipoteka istiqrazlarının növbəti tranşı çıxarılacaq
# 22 dekabr 2009 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 24-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 100,0917% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazlarınin ilkin yerləşdirilməsinə isə cari ilin iyunun 16-da başlanılıb və bu günə kimi 44 mln. manat həcmində istiqraz hərraca çıxarılaraq tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR