Bank Of Baku

Bu gün BFB-da 10500524S seriyalı 3 656,8 min manatlıq GDİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10500524S seriyalı 3 656,8 min manatlıq GDİ emissiyası yerləşdirilib
# 22 dekabr 2009 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500524S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3 656,8 min manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 3,75%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 656,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR