Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 23 dekabr 2009 07:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,68 dollar və ya 0,9% artaraq 1 barelə görə 74,40 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 22-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar artaraq 73,46 dollar təşkil edib.

Neftin bahalaşmasına bu gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən ölkədə neft ehtiyatlarının azalmasına dair açıqlanacaq proqnozlar təsir edib. Belə ki, analitiklərin ehtimallarına görə, xam neft ehtiyatları ötən həftə ərzində 2 mln. barel azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR