Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq isə 0,6% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq isə 0,6% yüksəlib
# 23 dekabr 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 465 bəndədək, S&P 500 0,3% - 1 118 bəndədək, Nasdaq isə 0,6% - 2 253 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi ölkənin daşınmaz əmlakı bazarında müsbət xəbərlər nəticəsində baş verib. Belə ki, yaşayış evlərinin təkarar bazarında satışın həcmi noyabr ayında 6,1 mln. evdən 6,54 mln. evədək artıb.

Avropa fond bazarlarında dekabrın 22-də FTSE 100 indeksi 0,7% - 5 329 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 898 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 5 946 bəndədək yüksəlib. ABŞ-ın yaşayış evləri bazarından məlumatın əhəmiyyəti o dərəcədə böyük olub ki, həmin məlumatlar Avropa fond bazarına da müsbət təsir edib.

Dekabrın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 086 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4248 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR