Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 24 dekabr 2009 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 2,27 dollar və ya 3,1% artaraq 1 barelə görə 76,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 23-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,99 dollar artaraq 75,45 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da neft və neft məhsulları ehtiyatlarının azalması barədə məlumatların açıqlanması səbəbindən baş verib. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə xam neft ehtiyatları ötən həftə ərzində 4,9 mln. barel, benzin ehtiyatları 0,9 mln. barel, mazut və dizel yanacağı isə 3,1 mln. barel azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR