Bank Of Baku

AGBI indeksi 1,0113, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0113, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 24 dekabr 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0112 bənd və ya 1,1% artaraq 2009-cu ilin dekabr ayının 24-nə 1,0113 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Dekabrın 22-də 2,027 mln. manatlıq dövlət istiqrazları buraxılış dövriyyədən çıxarılıb və 3,657 mln. manatlıq bir emissiya yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının artımı AGBI indeksinin yüksəlməsində öz əksini tapıb.

ACBDI indeksinin dəyişməməsi notlar üzrə ilkin bazarda dekabrın 22-də heç bir əməliyyatın aparılmaması səbəbindən müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR