Bank Of Baku

Neft 78 dollaradək bahalaşıb

Neft 78 dollaradək bahalaşıb
# 25 dekabr 2009 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,38 dollar və ya 1,8% artaraq 1 barelə görə 78,05 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 24-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,86 dollar artaraq 76,31 dollar təşkil edib.

Ötən həftə ərzində ABŞ-da neft və neft məhsulları ehtiyatlarının azalmasının təsiri neft bazarına iki gün davam edib. Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə xam neft ehtiyatları ötən həftə ərzində 4,9 mln. barel, benzin ehtiyatları 0,9 mln. barel, mazut və dizel yanacağı isə 3,1 mln. barel azalıb. Öz növbəsində neft ehtiyatlarının azalmasının əsas səbəbi kimi neft idxalının azalmasını qeyd etmək olar. Belə ki, ötən həftə gündəlik idxal 7,772 mln. bareldən 7,707 mln. barelədək azalıb ki, bu da 2008-ci ilin sentyabrından ən aşağı göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR