Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib
# 25 dekabr 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 520 bəndədək, S&P 500 0,5% - 1 127 bəndədək, Nasdaq isə 0,7% - 2 286 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi makroiqtisadi göstəricilərlə bağlı olub.

Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 28 min azalaraq 452 minə çatıb, uzunmüddətli istifadə olunan mallar üzrə sifarişlərin həcmi noyabrda əvvəlki ayla müqayisədə 0,2% artaraq 166,9 mlrd. dollara bərabər olub. Nəticədə, «Citigroup»un səhmləri 1,8%, «Morgan Stanley»nin səhmləri 0,7%, «JPMorgan Chase»in səhmləri 0,8%, «Bank of America»nın səhmləri 0,4%, «ExxonMobil»in səhmləri 0,6%, «Chevron»un səhmləri 0,5%, «ConocoPhillips»in səhmləri 0,8% bahalaşıb.

Avropa fond bazarlarında dekabrın 24-də FTSE 100 indeksi 0,6% - 5 402 bəndədək, Fransa CAC-0-ı 0,1% - 3 915 bəndədək yüksəlib, Almaniyada isə Milad Bayramı ilə bağlı ticarət aparılmayıb. Əvvəlki günün yekünlarına görə isə DAX-ı 0,2% - 5 957 bəndədək yüksəlib.

Dekabrın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 104,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4375 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR