Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6152 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6152 təşkil edib
# 25 dekabr 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0112 bənd və ya 1,1% azalaraq 2009-cu ilin dekabr ayının 25-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,3848 bənd və ya 38,5% azalaraq 0,6152 təşkil edib.

ACBDI indeksinin kəskin azalması dekabrın 24-də 2,5 mln. manatlıq not buraxılışının dövriyyədən çıxarılması və həmin gün keçirilmiş hərracın baş tutmaması ilə bağlıdır.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR