Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 29 dekabr 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,72 dollar və ya 0,9% artaraq 1 barelə görə 78,77 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 28-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,01 dollar artaraq 77,32 dollar təşkil edib.

ABŞ-da son zamanlar güclü qarın yağması və ümumilikdə havanın soyuması nəticəsində ölkədə neft istehlakının artması ehtimallarını yüksəldib. Bu da öz növbəsində neft üzrə fyuçersləri bahlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR