Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,2% yüksəlib
# 29 dekabr 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 547 bəndədək, S&P 500 0,1% - 1 128 bəndədək, Nasdaq isə 0,2% - 2 291 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına pərakəndə ticarət şəbəkəsində bayram günlərində satışın həcmi üzrə hesabatlar müsbət təsir edib. Belə ki, bayram günlərində pərakəndə satışın həcmi ötən illə müqayisədə 3,6% artıb.

Avropa fond bazarlarında dekabrın 28-də FTSE 100 indeksi dəyişməyib və 5 402 bənd təşkil edib, Fransa CAC-40-ı 0,9% - 3 947 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 6 003 bəndədək yüksəlib.

Dekabrın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 107,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4365 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR