Bank Of Baku

BBVB-nin valyuta bölməsində 6,9 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 6,9 mln. dollarlıq əqdlər bağlanılıb
# 29 dekabr 2009 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,8042 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8035 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 5 548 680 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8042 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 6,9 mln. dollar və ya 5 548 680 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 862,5 min dollar düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

EUR/AZN T+0 aləti üzrə həcmi 17 mln. avro, ortaölçülü məzənnəsi isə 1 EUR üçün 1,1600 AZN-ə bərabər olan əqd bağlanılıb.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,88%, ABŞ dolları üzrə isə illik 16,31% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1,240 mln.dollar, müddəti 98 gün, illik faiz dərəcəsi isə 13,80% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR