Bank Of Baku

Neftin qiyməti 79 dollar həddinə yaxınlaşır

Neftin qiyməti 79 dollar həddinə yaxınlaşır
# 30 dekabr 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,10 dollar və ya 0,1% artaraq 1 barelə görə 78,87 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 29-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar artaraq 77,64 dollar təşkil edib.

Neftin bahalaşması analitiklərin ABŞ-da neft ehtiyatlarının azalması barədə proqnozlardan sonra baş verib. Belə ki, analitiklər ABŞ-da ötən həftə ərzində xam neft ehtiyatlarının 2,2 mln. barel azalacağını proqnozlaşdırıblar. Neft ehtiyatları üzrə rəsmi məlumatlar isə bu gün açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR