Bank Of Baku

Dow Jones indeksi 0,01%, S&P 500 0,14%, Nasdaq isə 0,12% enib

Dow Jones indeksi 0,01%, S&P 500 0,14%, Nasdaq isə 0,12% enib
# 30 dekabr 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 10 546 bəndədək, S&P 500 0,14% - 1 126 bəndədək, Nasdaq isə 0,12% - 2 288 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fond bazarında ticarət əməliyyatlarının kiçik həcmləri və makroiqtisadi göstəricilərin təsiri müşahidə olunub.

Avropa fond bazarlarında dekabrın 29-da FTSE 100 indeksi 0,7% - 5 438 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 960 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 6 012 bəndədək yüksəlib. Avropa fond bazarlarında «BHP Billiton»un səhmləri 0,6%, «Xstrata»nın səhmləri 1%, BP-nin səhmləri 0,5%, «Sanofi-Aventis»in səhmləri 0,4%, «GlaxoSmithKline»nin səhmləri 0,3%, «AstraZeneca»nın səhmləri 0,7%.

Dekabrın 29-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 097,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4317 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR