Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 05 yanvar 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,15 dollar və ya 2,7% artaraq 1 barelə görə 81,51 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 4-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,19 dollar artaraq 80,12 dollar təşkil edib.

Bazar iştirakçıları neftin bahalaşmasını ABŞ-da havaların pisləşməsi və dolların ucuzlaşması ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR