Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq isə 1,7% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq isə 1,7% yüksəlib
# 05 yanvar 2010 07:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 10 584 bəndədək, S&P 500 1,6% - 1 133 bəndədək, Nasdaq isə 1,7% - 2 308 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına təsir edən əsas amillərdən biri neftin bahalaşması olub.

Avropa fond bazarlarında yanvarın 4-də FTSE 100 indeksi 1,6% - 5 500 bəndədək, Fransa CAC-40-ı 2% - 4 014 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 6 048 bəndədək yüksəlib. Avropa fond bazarlarında «BHP Billiton»un səhmləri 3,5%, «Xstrata»nın səhmləri 3,7%, «Nestle»nin səhmləri 1,5%, «Royal Bank of Scotland»ın səhmləri 9,9%, «Renault»un səhmləri 5,5% bahalaşıb.

Yanvarın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2% artaraq 1 118,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4422 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR