Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq isə 0,01% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq isə 0,01% yüksəlib
# 06 yanvar 2010 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 572 bəndədək enib, S&P 500 0,3% - 1 137 bəndədək, Nasdaq isə 0,01% - 2 309 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında yanvarın 5-də FTSE 100 indeksi 0,4% - 5 523 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,03% - 4 013 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 6 032 bəndədək enib. Avropa fond bazarlarında HSBC-nin səhmləri 1,5%, «Barclays»ın səhmləri 6,3%, «Credit Agricole»in səhmləri 1,8%, «Commerzbank»ın səhmləri 3,9% bahalaşıb, «Banco Santander»in səhmləri 1,1%, «Credit Suisse»in səhmləri isə 0,9% ucuzlaşıb.
Yanvarın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 118,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4422 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR