Bank Of Baku

Neftin qiyməti 14 aylıq maksimuma çatıb

Neftin qiyməti 14 aylıq maksimuma çatıb
# 07 yanvar 2010 02:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,41 dollar və ya 1,7% artaraq 1 barelə görə 83,18 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 6-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,30 dollar artaraq 81,89 dollar təşkil edib.

Neftin bahalaşmasının əsas səbəbi kimi ABŞ-da havaların soyuq keçməsi və dolların avroya qarşı ucuzlaşmasını qeyd etmək olar. Beləliklə, 83 dollar səviyyəsini üstələyən neftin qiyməti 14 aylıq maksimumu təkrarlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR