Bank Of Baku

Dow Jones indeksi 0,02%, S&P 500 0,05% yüksəlib, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,02%, S&P 500 0,05% yüksəlib, Nasdaq isə 0,3% enib
# 07 yanvar 2010 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 10 574 bəndədək, S&P 500 0,05% - 1 137 bəndədək yüksəlib, Nasdaq isə 0,3% - 2 301 bəndədək enib. «APA-Economics»in məlumatına görə, bir sıra makroiqtisadi hesabatlar və Federal Ehtiyat Sistemi Açıq bazarda əməliyyatlar üzrə Komitəsinin iclasının nəticələri fond bazarına təsir edən əsas amillərdən olub. Belə ki, dekabr ayında özəl sektorda iş yerlərinin azalması (84 min) 2008-ci ilin martdan ən aşağı göstərici olub. Həmçinin, FES-in yekun protokolunda ABŞ iqtisadiyyatında bərpanın davam etməsi barədə məlumatlar investorlar müsbət qarşılanıb.

Avropa fond bazarlarında yanvarın 6-da FTSE 100 indeksi 0,1% - 5 530 bəndədək, Fransa CAC-40-ı 0,1% - 4 018 bəndədək, Almaniya DAX-ı isə 0,03% - 6 034 bəndədək yüksəlib.
Yanvarın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 136,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4424 dollar (+0,01%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR