Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 08 yanvar 2010 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,52 dollar və ya 0,6% azalaraq 1 barelə görə 82,66 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 7-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar artaraq 81,51 dollar təşkil edib.

Ötən həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1,3 mln. barel azalması barədə məlumatlar neftin ucuzlaşmasının əsas səbəbi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR