Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4% yüksəlib, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4% yüksəlib, Nasdaq isə 0,1% enib
# 08 yanvar 2010 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 607 bəndədək, S&P 500 0,4% - 1 142 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2 300 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında investorlar məşğulluq sahəsinə dair bu gün açıqlanacaq hesabatı gözləyərək əməliyyatlara ehtiyatla yanaşıb.

Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0,1% - 5 527 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 4 025 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,3% - 6 019 bəndədək enib. Nəticədə, «Vodafone»un səhmləri 2,6%, «Deutsche Telekom»un səhmləri 1,9%, «Mobistar»ın səhmləri 1,5%, «Teliasonera»nın səhmləri 0,5%, HSBC-nin səhmləri 0,4%, «Standard Chartered»in səhmləri 0,9%, «Banco Santander»in səhmləri 1,4% ucuzlaşıb.
Yanvarın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% azalaraq 1 125,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4315 dollar (-0,8%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR