Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,7% yüksəlib
# 11 yanvar 2010 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 618 bəndədək, S&P 500 0,3% - 1 145 bəndədək, Nasdaq isə 0,7% - 2 317 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına kotirovkaların yüksəlməsinə məşğulluq barədə statistik göstəricilərin açıqlanması səbəb olub. Belə ki, ölkədə dekabr ayında 85 min iş yerinin ixtisarı barədə məlumat açıqlanıb, lakin bu göstərici gözləniləndən daha yüksək olmadığından bazara müsbət təsir edib.

Avropa fond bazarlarında yanvarın 8-də FTSE 100 indeksi 0,1% - 5 534 bəndədək, Fransa CAC-40-ı 0,5% - 4 045 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 6 038 bəndədək yüksəlib.

Yanvarın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 138,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4479 dollar (+1,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR