Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 11 yanvar 2010 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 55 mln. manat təşkil edən, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) iki dəfədən çox üstələyərək, 6 994 866 manat təşkil edib. Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. İstiqrazlar 100,2417% qiymətində satışa çıxarılıb. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ili mayın 29-da qeydə alınıb. AİF-in istiqrazların ilkin yerləşdirilməsinə isə cari ilin iyunun 16-da başlanılıb və bu günə kimi 52 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR