Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,2% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,2% enib
# 12 yanvar 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 664 bəndədək, S&P 500 0,2% - 1 147 bəndədək yüksəlib, Nasdaq isə 0,2% - 2 312 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların dinamikası korporativ xəbərlərdən asılı olub. Nəticədə “Alcoa”nın səhmləri 2,5%, “Bank of America”nın səhmləri 0,9%, “Caterpillar”ın səhmləri 6,2%, “Chevron”un səhmləri 1,6%, “Intel”in səhmləri isə 0,6% bahalaşıb.

Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 0,1% - 5 538 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 4 043 bəndədək enib, Almaniya DAX-ı isə 0,1% - 6 041 bəndədək yüksəlib.

Avropada da kotirovkaların dinamikası korporativ xəbərlərdən asılı olub. Nəticədə “Deutsche Bank”ın səhmləri 0,9%, “Credit Suisse”in səhmləri 1,2%, “BNP Paribas”ın səhmləri 0,7%, UBS-in səhmləri 0,5% ucuzlaşıb, “Anglo American”, “BHP Billiton”, “Rio Tinto”, “Eurasian Natural Resources” və “Xstrata” iri dağ-mədən şirkətlərin səhmləri isə 0,4%-dən 2,3%-dək ucuzlaşıb.

Yanvarın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 151,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4491 dollar (+0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR