Bank Of Baku

Yanvarın 15-də Azərbaycan dövlət ipoteka istiqrazlarının son hissəsinin yerləşdirilməsi keçiriləcək

Yanvarın 15-də Azərbaycan dövlət ipoteka istiqrazlarının son hissəsinin yerləşdirilməsi keçiriləcək
# 13 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvarın 15-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının son hissəsinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 100,2750% qiymətində satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti ötən ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazlarının ilkin yerləşdirilməsinə cari ilin iyunun 16-da başlanılıb və bu günə kimi 52 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR