Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9997 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9997 təşkil edib
# 14 yanvar 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2010-cu ilin yanvar ayının 14-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0003 bənd və ya 0,03% azalaraq 0,9997 təşkil edib.

Yanvarın 13-də 4 mln. manatlıq notlar buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manat həcmində emissiya yerləşdirilib ki, yeni emissiya üzrə cari qiymət ödənilən buraxılışın cari qiymətdən aşağı olduğundan, yaranmış bazar kapitallaşmasının azalması ACBDI indeksinin azalmasında əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR